«Qara polkovnik»in qara sxemləri: bankirlər üçün camaşırxana - FOTOLAR
20.09.2016 641 0.0 0

Xəbər verildiyi ki, Rusiyada son illərin ən böyük korrupsiya faktı üzə çıxıb. Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə İdarəsinin rəis müavini Dmitri Zaxarçenkonun və yaxınlarının evində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat nəticəsində onun bacısının evində 50 çantanın içərisində 2 milyon avro və 120 milyon dollar və rus rublu tapılıb. Polkivnikin pulu məhz bacısının evində saxladığı bildirilir.

 

“lenta.ru” saytına istinadən xəbər verilir ki, böyük miqdarda vəsaitin mənşəyi barədə hələlik məlumat yoxdur.

 

“Onların mənşəyini aydınlaşdırmaq istintaqın məsələsidir. Ehtimal ki, buna çox vaxt gedə bilər. Amma artıq hazırda işin texniki tərəfi üzrə bir neçə sual yaranır. Bu, böyük miqdarda vəsaitin nağdlaşdırılması prosesi və banka götürülən vəsaitlərin daşınması ilə bağlıdır”, - sayt yazıb.

 

 

 

 

 

Rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Zaxarçenko bacısının mənzilində böyük miqdarda pul - 120 milyon dollar və iki milyon avro, doqquz milyard nağd rubl saxlayırdı. İsveçrədə isə polkovnikin qohumlarının hesablarında 300 milyon avro ( 20 milyard rubldan çox) saxlanılır.

 

 

Doqquz milyard rubl nədir? Bu, 2017-ci ilin əvvəlində hökumətin pensionerlərə birdəfəlik ödəyəcəyi məbləğin dörd faizidir. Yəni, Zaxarçenko kimi 25 polkovnik Maliyyə Nazirliyinin uyğun olan ehtiyaclarını (221 milyard rubl) tamamilə ödəyir.

 

Zaxarçenko kimi 25 polkovnikin pulu Krımı Rusiyanın əsas hissəsi ilə birləşdirəcək Kerc körpüsünün (228 milyard rubl) tikintisi üçün kifayət edərdi. Doqquz milyard rubl Rusiya Səhiyyə Nazirliyinin büdcəsinin 3, Təhsil və Elm Nazirliyinin büdcəsinin isə 2,4 faizini təşkil edir.

 

Zaxarçenkonun işinin öyrənilməsi vaxtı bir sıra texniki suallar yaranır. Bu suallar korrupsiya ilə mübarizəyə, yaxud da istintaq hərəkətləri ilə bağlı deyil. Təmiz praktik suallar: bu qədər böyük miqdarda vəsait necə nağdlaşdırılıb, necə saxlanılıb və banka aparılıb?

 

Bankirlər üçün camaşırxana

 

Versiyalardan birinə görə, Dmitri Zaxarçenko vicdansız bankirlərin xilası üzrə qanunsuz ailə biznesinin iştirakçısı idi. Müstəntiqlər hesab edir ki, Zaxarçenkonun ailəsi pulun çıxarılması üçün “Nota Bank”a cəlb olunmuşdu. Kredit təşkilatı 2015-ci ilin noyabrında lisenziyanı itirib. Maliyyə vəsaitlərinin bir hissəsi mümkündür ki, bankın rəhbərləri tərəfindən İsveçrə hesablarına göndərilib, bir hissəsi isə Zaxarçenkonun bacısının mənzilində saxlanılıb.

 

Qara polkovnik

 

 

Polkovnikə qarşı ifadələri “Nota  Bank”ın top-menecerlərindən biri verib. Onun rəhbərləri  Dmitri və Vadim Yeroxin, maliyyə direktoru Qalina Marçukova ilə onun bacısı Larisa bankın maliyyə vəsaitlərinin oğurluğunda ittiham edilərək 2016-cı ilin avqustda həbs edilmişdilər (15 sentyabrda Moskva şəhərinin Tver rayon məhkəməsi onların həbs müddətini 18 noyabra qədər uzadıb).

 

Dəqiq məlum deyil ki, oğurluq və “Nota Bank”dan pulun çıxarılması zamanı hansı sxemlərdən istifadə olunub.

 

 

“Əgər son iki il ərzində bankların bağlanmasının səbəblərini təhlil etsək görərik ki, idarəetmə və kredit təşkilatları ilə bağlı insanlara borcların verilməsi nağdlaşdırmanın ən məşhur sxemidir”, - “Finam” şirkətlər qrupunun maliyyə analitiki Timur Niqmatullin deyir.

 

Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankı bununla mübarizə aparır və nağdsız əməliyyatların həcmini artırmağa çalışır. Ekspert bildirir ki, ölkədə hələ də ödənişlərin 85 faizi nağd pulun köməyi ilə həyata keçirilir.

 

“Lisenziyanın ləğvindən əvvəl bankın rəhbərliyi pulu özü üçün nağdlaşdırır. Bu, maliyyə rəhbəri üçün problem deyil, uyğun olan sərəncamı imzalayır və pulu kassada ona verirlər. Məbləğ baxımından da heç bir limit mövcud deyil. Düzdür, maliyyə rəhbəri nağdlaşdırma üçün məsuliyyət daşımalıdır. Amma əgər rəhbərlik pulu götürərək qaçmağa hazırlaşırsa, onda nağdlaşdırma tez və problemlərsiz olur”, -  BKF bankının analitik idarəsinin müdiri Maksim Osadçiy bildirir.

 

O, qeyd edir ki, bankirlər pulun qeyri-leqal nağdlaşdırılması üçün müxtəlif sxemləri fikirləşirlər. Osadçiy misal gətirir ki, Dağıstan bankları mal-qaranın alınmasında iştirak edirdilər, amma reallıqda sazişlər həyata keçirilmirdi. Daha bir qanunsuz üsul isə mövcud olmayan maaşların rəsmiləşdirilməsidir və ya mülkün alınmalarıdır.

 

 

 

Çirkli pul

 

Bu doqquz milyard rublun mənşəyi hələ ki, məlum deyil. Böyük ehtimalla bu pulun mənşəyi “Nota Bank” və ya istənilən başqa maliyyə strukturu, yaxid da rüşvətlər ola bilər. Hüquq-mühafizə orqanları bu sualın cavabını axtarırlar.

 

 

 

 

Əgər bu bankın müştərilərinin puludursa, onlar pullarını geri ala biləcəklər. “Sovlink” şirkətinin analitik departamentinin direktor müavini Olqa Belenskaya xatırladır ki, ASV agentliyi zərərçəkmiş əmanətçilərə müəyyən limitə qədər - 1,4 milyona rubla qədər ödəyir. “Nota Bank”a nə olacağı hələ məlum deyil. İstintaq aparılmalı, məhkəmə olmalıdır. Yalnız onda müəyyən etmək olar ki, tapılmış pul kimə çatacaq”, - Olqa Belenskaya deyib.

 

“Qazel”, yük maşını, kortej

 

Daha bir məsələ Zaxarçenkoda tapılan milyardların daşınması ilə bağlıdır. 14 sentyabrda Əmanət Bankının inkassasiyasının idarə rəisi Andrey Novikov bildirib ki, pulu Rusiya banklarından (adını dəqiqləşdirməyib) birinə göndərməyi planlaşdırır. Hazırda polkovnikin dollar və avro ilə olan pulu Mərkəzi Bankda saxlanılır. Novikov hesab edir ki, vəsaitin daşınması ilə əlaqədar problemlər yarana bilər.

 

“Lenta. Ru” inkassatorların qarşısında duran problemlərin miqyasını qiymətləndirmək xahişi ilə bankirlərə müraciət edib.

 

 

 

“Loko” bankının marketinqi üzrə direktoru Denis Zverikin sözlərinə görə, inkassator maşınının standart yükqaldırma qabiliyyəti yarım tondur və bu halda iki maşın lazım olacaq. Gücləndirlmiş mühafizə ilə bir “Qazel” pulu daşımağa kifayət edir.

 

“Promsvyazbank”ın nümayəndəsi hesab edir ki, Rusiya Bankının bölməsi olan “Rosinkas” daşınmanın öhdəsindən asanlıqla gələ bilər. “Rosinkas” ölkə daxilində Mərkəzi Bankın fondlarının daşınmasını təmin edir. Bölmə avtomatik atıcı silahlar, həmçinin iri tonnajlı zirehli yük avtomobillərinə malikdir. Böyük daşınmalar, bir qayda olaraq, zirehli avtomobillər və gücləndirilmiş silahlı mühafizə ilə müşayiət olunur./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar