Qarətçilər Fransanın sabiq dövlət katibini döyüblər
06.09.2017 552 0.0 0

Parisdə naməlum şəxslər Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər. “RİA Novosti”yə istinadən veriən xəbərə görə, hücumun qarət məqsədi ilə törədildiyi ehtimal edilir.  

 

Jan Vinsen Plase keçmiş prezident Fransua Ollandın administrasiyasında dövlət islahatlaşdırılması məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb.   

 

İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.   

 

Hələlik insidentlə əlaqədar saxlanılan yoxdur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar