Pis ekoloji şərait, düzgün olmayan qidalanma, suyun az miqdarda qəbulu, bağırsaqların, qaraciyərin, böyrəklərin fəaliyyətində problemlər qanın tərkibinə çox mənfi təsir edir.
Toksinlər, şlaklar, viruslar və s. ziyanlı agentlər qanda toplanaraq orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Xroniki intoksikasiyanın əsas əlamətləri:
- dərinin və saçların vəziyyətinin pisləşməsi - saçlar cansız və solğun olur, tökülür, dəridə səpgilər, civzələr, ləkələr əmələ gəlir
- səbəbsiz yorğunluq, zəiflik və yuxululuq
- baş ağrıları
Xalq təbabəti qanı təmizləmək üçün müxtəlif effektli vasitələri təqdim edir. Bu vasitələrdən biri itburnu ilə zəncəfilin dəmləməsidir.
2 x.q. itburnu əzilir, 4-5 sm uzunluqda təzə zəncəfil kökü sürtgəcdən keçirilir. İtburnu və zəncəfil termosa tökülür, üzərinə yarım l isti su tökülür. Dəmləməni axşamdan hazırlayın, səhər bir neçə qat tənzifdən 2 dəfə süzün və gün ərzində hər dəfə yarım stəkan olmaqla için. Axşam yeni dəmləmə hazırlayın.
Dəmləməni hər gün 1 həftə ərzində için.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəmləmədən istifadə etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin./Saglamolun.az/