Qalmaqal: İran ABŞ gəmisinə hücum etdi
07.09.2016 636 0
Bəsrə körfəzindəki ABŞ donanması İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) gəmilərinin hücumuna məruz qalıb. Bu, son 1 ayda iki ölkə arasında yaşanan beşinci qalmaqaldır.
Qazeta.info Axar.az-ın məlumatına əsasən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda İran gəmilərinin “USS Firebolt” gəmisinə 91 metr yaxınlaşdığı bildirilib.
ABŞ hərbçiləri iranlı həmkarları ilə 3 dəfə əlaqə qurmaq istəsələr də, qarşı tərəf cavab verməyib. Bundan sonra ABŞ gəmisi istiqaməti dəyişdirmək məcburiyyətində qalıb.
Pentaqonun adı açıqlanmayan rəsmisi İranın əlaqə yaratmadan bu cür addım atmasının peşəkarlıqdan uzaq olduğunu deyib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər