Qalaktikamızdan kənar 95 planet kəşf olundu
20.02.2018 1010 0
Beynəlxalq araşdırma heyətinin kəşfləri "Astronomical Journal" jurnalında dərc olunub.
Astronomlar Günəş sistemi xaricindəki "Süd yolu" qalaktikasında 95 yeni planet aşkar ediblər. ABŞ Milli Kosmos Agentliyinin (NASA) Kepler Kosmos Teleskopunun məlumatlarından istifadə edən beynəlxalq araşdırma heyəti təsbit elədikləri 275 göy cismindən 149-nun Günəş sistemindən kənarda yerləşdiyini, bunlardan 95-nin planet olduğunu bildiriblər.
"Daily Mail"ə istinadən xəbər verir ki, alimlər bu prosesdə Günəş sistemindən kənarda, ətrafında yad planet olan ən parlaq ulduzu da kəşf ediblər.
Beynəlxalq araşdırma heyətinin kəşfləri "Astronomical Journal" jurnalında dərc olunub./Sputnik/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər