Qafqazda Azərbaycanın kənarda qaldığı ittifaq
24.12.2015 738 0.0 0

Gürcüstan, Ermənistan, Rusiya və İran energetika sistemlərini birləşdirir. 

Məlumata görə, bu barədə Ermənistanın energetika naziri Yervand Zakaryan jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, artıq bu gün ölkələr arasında memorandum imzalanıb. 

“Memorandum dörd ölkənin əməkdaşlığı üçün imkanları yaradacaq. Ölkələr arasında işçi qrup formalaşdırılacaq. Yaradılan qrup əməkdaşlığın hüquqi bazasını hazırladıqdan sonra 2016-cı ilin aprelində görüş olacaq”.

 


Yervand Zakaryan - Ermənistanın energetika naziri


Memorandumda əsasən tərəflər energetika, təhlükəsizlik və etibarlılıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur. Bundan başqa, ölkələr arasında regional investisiya proqramları barədə işlər görüləcək. Həmçinin 2018-ci ilə qədər Ermənistan-Gürcüstan 400-500 KVT və İran – Ermənistan elektrik xəttinin istismara verilməsi planlaşdırılır. 

Ümumilikdə isə son vaxtlar İran üzərində beynəlxalq sanksiyaların götürülməsi regionda yeni siyasi və iqtisadi mühitin yaranmasına səbəb olub.

Bir müddət əvvəl Gürcüstan hökumətinin Rusiya və İranla qaz alışına dair gizli danışıqlar apardığı ortaya çıxmışdı. Hökümət bunu Azərbaycanın onları təmin edəcək qədər qaz həcminin olmaması ilə izah edirdi. Hətta Rusiya, Gürcüstan, Ermənistan və İran qaz kəmərinin inşası məsələsi gündəmə gəlmişdi. Gürcüstanın Rusiyadan təbii qaz ixrac etməsi ilə bağlı planları ölkə müxalifəti və əhalisi tərəfindən ciddi etirazlarla nəticələndi.

Qaz qalmaqalı böyüdüyü bir vaxtda Prezident İlham Əliyev Gürcüstana rəsmi səfər etdikdən sonra qaz nəqli ilə bağlı qalmaqal səngidi. 

Qafqazda yeni siyasi və iqtisadi birliyin yaranması isə ən çox Ermənistanın işinə yarayır. Çünki Ermənistan düşdüyü çətin vəziyyətdən çıxmaq üçün müxtəlif variantlara əl atır. İran üzərində beynəlxalq sanksiyaların götürülməsi isə rəsmi İrəvanı üçün blokadada çıxma şansı olub. Amma Qafqazda Azərbaycanın enerji layihələrinə və resurslarına nəzarəti Ermənistanın bu regionda niyyətləri həyata keçirməsinə maneə olur. Azərbaycan Avropaya nəql etdiyi nefti və qazı Ermənistandan kənar keçirməklə onu iqtisadi və siyasi cəhətdən onusuzda təsir altında saxlayır. /anspress/

 


Azərbaycanın enerji layihələri


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar