İnterpol qadınları fahişəliyə cəlb edən Azərbaycan vətəndaşını Rusiyada yaxalayıb.
Rusiya kütləvi informasiya vasitələrinə istinadən verilən məlumata görə, Beynəlxalq axtarışda olan 1964-ci il təvəllüdlü Bakı sakini yetkinlik yaşına çatmayan qadınları fahişəliyə sövq etməkdə şübhəli bilinir. Onu İvanova vilayətində polis əməkdaşları tutublar.
Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları axtarılan şəxsin tapılması istiqamətində Rusiya güc strukturlarına məlumat verib.
Saxlanılan şəxs mütəşəkkil qrup tərəfindən fiziki və psixi çatışmazlıqları olan qadınların köməksiz vəziyyətindən istifadə etməklə onları fahişəliyə cəlb etməkdə şübhəli bilinir.
İvanova polis əməkdaşları axtarılan şəxsin tapılması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirib, lakin buna baxmayaraq onu tapmaq mümkün olmayıb.
Daha sonra interpol əməkdaşları axtarılan şəxsin üz quruluşuna bənzər şəxs aşkarlayaraq saxlayıb. Məlum olub ki, axtarılan 50 yaşlı azərbaycanlı ona bənzər qardaşının sənədlərindən istifadə edərək xaricə sərbəst şəkildə hərəkət edib.
Hazırda saxlanılan şəxs həbs olunub və tezliklə Azərbaycan tərəfinə təhvil veriləcək./anspress/