Qadın özünü qaz borusundan asdı
14.12.2015 534 0.0 0

Bakıda intihar baş verib. 53 yaşlı qadın özünü asıb. 

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, mənzil 13 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Kamilə Yaqub qızı Məmmədova özünü yaşadığı evin qaz borusundan iplə asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Hələlik hadisənin başvermə səbəbləri bilinmir.

Meyit müayinə edilməsi üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Ötən gün də Neftçalada 62 yaşlı qadın intihar edib. Rayonun Xolqarabucaq kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 1953-cü il təvəllüdlü Sədaqət Əyyub qızı Əliyeva gecə saatlarında həyətlərindəki damda özünü asaraq intihar edib.

O, səhər saatlarında yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar