Qadın güləşçimiz Azərbaycana İslamiadada 74-cı qızıl medalı qazandırdı
21.05.2017 951 0
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında aktivinə daha bir qızıl medal yazdırıb.
Trend-in məlumatına görə, bundan əvvəl kamerunlu Tiako Essombeyə tuşe ilə qalib gələn qadın güləşçimiz Tatyana Omelçenko (60 kq) həlledici görüşdə Türkiyə idmançısı Qamze Nur Adakanı da vaxtında əvvəl məğlub edib.
Beləliklə, öz çəki dərəcəsində bütün rəqiblərindən güclü olan təmsilçimiz Azərbaycana İslamiadada 74-cü qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər