Qaçqınlar arasında kütləvi dava olub, xəsarət alanlar var
07.10.2015 588 0
Almaniyanın Hamburq və Braunşveyq şəhərlərində miqrantlar arasında kütləvi dava baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yerli polisdən bildiriblər ki, Hamburqdakı düşərgədə baş verən davada 30 alban və əfqan iştirak edib.
Dava zamanı metal dəyənəklərdən istifadə edilib. Nəticədə 5 nəfər yaralanıb, 3 nəfər saxlanılıb.
Toqquşmaya Albaniya və Əfqanıstandan olan iki miqrant arasında tibb məntəqəsində baş verən mübahisənin səbəb olduğu deyilir.
Braunşveyqdə olan davada isə Suriya və Əlcəzairdən olan 400 qaçqın iştirak etsə də, xəsarət alan olmayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər