Qaçqın özünü «Qaçqınkom»un qabağında yandırdı
28.07.2015 576 0.0 0

Bakıda məcburi köçkün "Qaçqınkom"un Sabunçu rayon şöbəsinin qabağında özünü yandırıb.

Əslən Ağdam rayonundan olan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibovu ətrafdakı insanların köməyi ilə özünü yandırdığı yerdən - "Qaçqınkom"un Bakıxanov qəsəbəsi Sülh küçəsi 1 A ünvanında yerləşən şöbəsinin qabağından Respublika Yanıq Mərkəzinə aparıblar.

Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun verdiyi məlumata görə: ”S. Kərimov xəstəxanaya sol əlinin, baldırının və ayağının yanığı ilə gətirilib. Xəstə II və III dərəcəli yanıq xəsarəti alıb. Hazırda vəziyyəti normaldır”- deyə Ş. Məmmədov bildirib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov  baş verən hadisəylə bağlı açıqlama verib: ”Sahib Nəsibovun Bakıda özünə məxsus evi olub. Lakin o həmin evi sataraq komitədən yeni ev istəyib. Hazırda komitəmizin balansında boş ev yoxdur, buna görə özünü yandıran şəxsi evlə təmin eliyə bilmirik. Sahib isə bu təkliflə razılaşmayaraq özünü yandırıb", - deyə E. Qədimov bildirdi.

Faktla bağlı Sabunçu Prokurorluğunda araşdırmalara başlayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar