Qətər rialının məzənnəsi 19 illik minimuma enib
13.06.2017 587 0.0 0

Rəsmi Doha əmirliyin milli valyutasının qorunması üçün lazımi addımlar atacağını bəyan etdiyi bir vaxtda Qətər rialının dollara qarşı məzənnəsi 19 illik minimuma edib.

"Interfax" agentliyinə istinadən xəbər verilir ki, Qətər ətrafında baş verən siyasi böhranın uzanacağı ilə bağlı ehtimalların güclənməsi rialın məzənnəsinə ciddi təzyiq göstərir.
 
Bugünkü ticarət sessiyası ərzində rialın dollara nisbətən məzənnəsi 3,67 səviyyəsinədək geriləyib ki, bu da 1998-ci ilin fevral ayından etibarən ən aşağı göstəricidir.
 
Qətər Mərkəzi Bankı rialın dollara nisbətən məzənnəsini 3,64 həddində qorumağa çalışır. Lakin ekspertlər hesab edir ki, mövcud şəraitdə Mərkəzi Bank rialın məzənnəsini korreksiya etməyə məcbur olacaq.
 
Əmirliyin maliyyə nazirin Əli Şərif əl-İmadi CNBC telekanalına müsahibəsində bildirib ki, milli valyutanın dinamikası ilə bağlı narahatlığa əsas görmür: "Bizim ehtiyatlarımızın investisiya fondlarımızın həcmi ÜDM-in 250%-nə bərabərdir".

İyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətər ilə diplomatik münasibətlərin dayandırıldığını elan edib. Adıçəkilən ölkələr rəsmi Dohanı terror təşkilatlarına dəstək verməkdə ittiham edir.
 
Xatırladaq ki, iyunun 7-də "S&P Global Ratings" Qətərin reytinqini "AA" səviyyəsindən "AA"-dək endirib, reytinq üzrə proqnoz neqativdir.

İyunun 8-də isə "Fitch Ratings" Qətərin "AA" səviyyəsində olan reytinqini müşahidə altına alıb.
 
Həmin gün "Moody`s Investors Service" bəyan edib ki, siyasi böhran uzanarsa, Qətərin kreditləşmə qabiliyyəti pisləşəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar