Qətər əmiri Türkiyəyə səfərini təxirə salıb
10.06.2017 771 0
Qətər əmiri Tamim bin Həməd əl-Tani Türkiyəyə səfərini təxirə salıb.
Məlumata görə, bu qərar regionda baş verən diplomatik böhranlarla əlaqədardır.
Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər