Qətər - İran əlaqələri bərpa olunur
25.08.2017 687 0
Qətərlə İran arasında 2016-cı ildə soyuyan əlaqələr isinməyə başlayıb.
Trend Sputnik-ə istinadən xəbər verir ki, Qətər geri çağırdığı səfirini yenidən Tehrana göndərəcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib. "Qətər bütün sahələrdə İranla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlıdır" — XİN-in bəyanatında qeyd olunub.
Xatırladaq ki, 2016-cı ilin yanvarında, Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının konsulluqlarına edilən hücumdan sonra Qətər bu ölkədəki səfirini geri çağırmışdı.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər