Qərib İmam Rzanın (ə) müsibətli şəhadəti
02.12.2016 1027 0.0 0

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir.

Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) elmini və əxlaqını görməməzliyə vurduğu üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu dəli edir və özündən çıxardır. Əsl hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə ölmüşdür.
Deyerler.org-a istinadən bildirilir ki, bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: "Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: "Halın necədir?".
İmam (ə) buyurdu: "Ümid edirəm ki yaxşı olacaq".
Məmun dedi: "Mən də Allaha həmd olsun bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?".
İmam (ə) buyurdu: "Xeyr".
Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: "Bir dənə nar gətir" və mən də gətirdim. Dedi: "Öz əlinlə onu sıxıb, suyunu çıxart". Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi".
O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allahı həmd etməyə başladı.
Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları olan hadisədən agah oldular.
İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı.
O, deyirdi: "Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir". Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır.
Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: "Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir".
Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər".
Allahım, bizləri İmam Rzanın (ə) şəfaətindən məhrum etmə!/milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar