Qəlyan ağır xəstəliklərə səbəb olurmuş
14.02.2018 1129 0.0 0

Qəlyan "Hepati C" xəstəliyi başda olmaqla vərəm, ağ ciyər xərçəngi,ürək xəstəlikləri və bu kimi bir çox ölümcül xəstəliklərə səbəb olurmuş.

 

Qəlyan istifadəçiləri onu siqaretdən fərqli olaraq zərərsiz hesab etsələr də, aparılan elmi araşdırmalar qəlyanın zərərsiz olmadığını açıq çəkildə ortaya çıxarmışdır.

Bununla bərabər, araşdırma nəticəsində qəlyanın gigyenik olmadığı, "Hepatit C", vərəm, ağ ciyər xərçəngi, ürək xəstəlikləri və bu kimi bir çox ölümcül xəstəliklərə səbəb olduğu məlum olub.

Mütəxəssislər qəlyanın aslılıq yaratdığını, gənclərin sağlamlığını ciddi təhlükəyə atdığını bildirərək, valideyinləri diqqətli olmağa çağırıb.

Siqaret, siqar, tənbəki və tütünün ölümə və ölümcül xəstəliklərə yol açdığı kimi, qəlyanın da ən az bunlar qədən ziyanlı olduğu məlum olub.

Qəlyan əsasən tütndən olduğuna görə, siqaretin bütün zərərlərindən başqa, qəlyan çəkərkən kömürdən də istifadə olunması zərərin təsirini iki qat artırdığı ortaya şıxıb.

Qəlyan insanları niyə bu qədər cəlb edir?


Son vaxtlar qəlyanın bir neçə növləri, müxtəlif meyvə dadlıları yaradılıb. Bu dadlar insana xoş təsir etdiyi üçün qəlyan sevgisi yaranır və zamanla qəlyana alışırsan. Ən təhlükəlisi isə qəlyandan əvvəl və sonra spirtli içki içməkdir. Bu orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən çox nikotin var.

Qəlyanı necə tərgitmək olar?


Bəzən insanlar “həftədə bir dəfə ilə heç nə olmaz” deyərək bu vərdişdən əl çəkmirlər. Amma unutmayaq ki, 1 dəfə çəkilən qəlyan orqanizmin 1 aylıq immunitetini məhv edir. Qəlyan aludəçilik yaratdığı üçün ondan əl çəkmək də çətindir. Amma təbii ki, bu, mümkündür. 
Bunun üçün müxtəlif çərəzlər yemək, gün ərzində iki dəfə çobanyastığı çayı içmək lazımdır.
Bu həmçinin orqanizmi zəhərli maddələrdən təmizləyəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar