Qələm satan atanın inanılmaz hekayəsi - FOTOLAR
05.12.2015 870 0.0 0

Abdul üçün 191 000 dollar toplandı
Abdul Halim al-Attar adlı şəxsin görüntüləri aylar öncə çəkilmişdi. Abdul Halim Suriyadan olan bir qaçqındır. İŞİD zülmündən qaçan Abdul və balaca qızı məcburi olaraq Livanda məskunlaşmışdılar. Abdulun 4 yaşlı Reem adlı qızı və 9 yaşlı Abdullelah adlı oğlu var. Aylar öncə qucağındakı qızı ilə qələm satarkən şəkilləri çəkilən Abdul, artıq çox dəyişib. İndi o, Beyrutda 3 iş sahibi olan bir adamdır. Bəs, bu möcüzə necə reallaşdı?

Qazeta.info Bizimyol.info-ya istinadla xəbər verir ki, hər şey o məşhur fotonun çəkilməsindən sonra oldu. Aylar öncə ortaya çıxan görüntüdən sonra internetdə yardım kampaniyası başladıldı. Ata və qızı üçün 191 000 dollar yığıldı. 33 yaşlı Abdul, yığılan pulun bir hissəsi ilə çörək mağazası açdı. Daha sonra isə mağazanın yanında 2 kabab restoranı açan Abdul, özü də yardım işlərinə başladı. Belə ki, o onlarla suriyalı qaçqına yardım etdi. 16 suriyalı qaçqına isə restoranda iş verdi. Abdul Halim yaşadıqlarını belə danışır: "Sadəcə mənim həyatım dəyişmədi, qızımın və yanımda çalışan suriyalıların da həyatları dəyişdi."

Abdul hal-hazırda qızı və oğlu ilə birlikdə Beyrutda yaşasa da öz doğma şəhərinə geri dönməyi arzulayır. Suriyada çətin vəziyyətdə qalan qohumları üçün darıxan Abdul, müxtəlif vasitələrlə onlara 25 min dollar göndərə bilib. 

Qeyd edək ki, Abdulun həyatını dəyişən həmin fotonu norveçli Gissur Simonarson çəkmişdi. Simonarson çəkdiyi fotonu "@buy_pens" adlı bir Twitter hesabına yükləmişdi. Daha sonra isə fotomüxbir, Abdul və qızı üçün kampaniya başlatmışdı. İlk olaraq 5 min dollar toplanması ümid edilirdi. Amma 3 ay ərzində Abdul üçün 191 000 dollar toplandı və sadəcə Abdulun deyil onlarla insanın həyatı dəyişdi. Həmin görüntüləri təqdim edirik: 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar