Qəfil ölən Xalq artistinin həyat yoldaşından - Sensasion açıqlama
15.09.2015 1098 0.0 0


Xalq artisti, mərhum sənətkar İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova aktyorun ölümündə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun adının hallanması ilə bağlı məsələyə aydınlıq gətirib. 

Qazeta.info bildirir ki, o, AzNews.az-a açıqlamasında bildirib ki, İsrafil İsrafilov “Azdrama”ya direktor təyin olunandan İ.Əsgərov əsəbi və gərgin olub: “Onun ölümünə əsəb səbəb oldu. Bu əsəb də bir günün işi deyildi. 5 il… Teatrın işi ilə bağlı bütün günü əsəbi idi. Aktyorlar mart ayında istəyirdilər ki, İsrafil İsrafilov işdən çıxsın. O, isə çıxmadı. Sonra onlar prezidentə məktub ünvanladılar. Gərək kimsə öləydi... O da İlhama düşdü. Qurbanlıq İlham oldu”. 

Y.Əsgərovanın sözlərinə görə, İ.Əsgərov dünyasını dəyişən gün teatrın baş rejissoru Azər Paşa Nemətovla görüşüb: “Azər Paşa onu özü otağına dəvət edib. Aralarında teatrla bağlı müzakirə olub. Ümid edirdi ki, yeni bədii rəhbər və baş rejissor gəlib, bəlkə hər şey düzələr. Görünür, söhbət zamanı başa düşüb ki, heç nə düzələn deyil”.

Y.Əsgərova deyir ki, aktyor həmin gecə narahat olub, özünü pis hiss edib: “A.Nemətovla görüşdən sonra evə gəldi. Axşam İlhamın halı qəfildən pisləşdi. Getdik xəstəxanaya, amma gecikmişdik. Həkimlər əlindən gələni etdi, lakin nəticə olmadı. Biz İlhamı itirdik”.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar