Pxenyan: Son raket sınağı Quam adasına raket atışlarının `başlanğıcı`dır
30.08.2017 772 0.0 0

Şimali Koreya lideri Kim Çen In son raket sınağının Quam adasına raket atışlarının “başlanğıcı” olduğunu bəyan edib. Onun sözlərinə görə, rəsmi Pxenyan ABŞ-ın bəyanatları və hərəkətlərini diqqətlə izləyəcək. Məlumata görə, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi məlumat yayıb.   

 

Xəbər verildiyi kimi, Şimali Koreya avqustun 29-da “Xvason-12” tipli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib. Təlimlərdə KXDR lideri Kim Çen In şəxsən iştirak edib.  

 

Qeyd edək ki, Şimali Koreyaya məxsus raket Yaponiya üzərindən uçub keçərək Sakit okeana, Hokkaydo adasından 1180 km şərqə düşüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar