Türkiyənin Antalya şəhərində keçirilən Böyük İyirmilər qrupu liderlərinin zirvə toplantısı çərçivəsində ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşüb. ABŞ rəsmilərinin məlumatına görə, görüşdə liderlər Suriya və Ukrayna münaqişəsini, terrora qarşı mübarizəni və digər aktual məsələləri müzakirə edib. Obama və Putin Suriya münaqişəsinin həlli üçün siyasi keçid prosesinin vacibliyini qeyd edib və bu prosesi Suriya xalqının keçirməli olduğu faktıyla razılaşıb. Onlar Vyanada son həftələr Suriya ilə bağlı danışıqlarda müşahidə olunan irəliləyişləri yüksək qiymətləndirib, Ukrayna məsələsinə gəlincə hər iki lider münaqişənin çözümü üçün Minskdə razılaşmalarının həyata keçirilməsinin, o cümlədən ağır silahların və xarici döyüşçülərin cəbhə bölgəsindən uzaqlaşdırılması, əsirlərin azad edilməsinin vacibliyini vurğulayıb. Obama eyni zamanda Sinay yarımadasında baş vermiş Rusiyalı turistləri daşıyan “A-321” sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar prezident Putinə şəxsən başsağlığı verib.
Bir neçə gün əvvəl Ağ ev sözçüsü Obama ilə Putin arasında rəsmi görüş planlaşdırılmadığını bəyan etsə də iki liderin ayaqüstü görüşünü də istisna etməmişdi. /anspress/