Putinlə bağlı daha bir qalmaqallı iddia
31.08.2015 715 0.0 0

Rusiya prezidenti Vladmir Putini İspaniyada "qaranlıq işlər"lə məşğul olmaqda ittiham edirlər.

Məlumata görə, İspaniyanın cənubundakı Kosta del Sol şəhərində Putinin mülk alması haqqında xəbərlər yayılıb. "The Times" qəzetinin müxbiri Qraham Kiili bu haqda yazısında sövdələşməni rus mafiya başçısının təşkil etdiyini bildirib.

O, əl yazısı ilə yazılmış bir məktubun mətnindən bir parçanı açıqlayıb. Həmin yazıda deyilir: "Senyor Putin, Malaqada torpaq sahəsi, rus rayonu və ya Rusiya yaşayış massivi. Torpaq satılmayıb." Müxbir ispan dilində yazılan və 2001-ci il tarixli həmin məktubun aşağısında adsız şirkət xatırlandığını bildirib. O, məktubun ünvanlandığı şəxsin elə mülkün sahibi olduğunu yazıb. Bununla belə, mətndə sövdələşmənin alınıb-alınmamasına aid heç bir işarə olmayıb.


Gennadi Petrov Peterburqda həbs edilərkən

 

"The Times" həmin məktubun 2008-ci ildə İspaniya polisi Gennadi Petrovun obyektlərində axtarış apararkən tapıldığını yazıb. Bundan sonra qəzet Vladimir Putinin mətbuat katibi Dmitri Peskova müraciət edərək Putinin Malaqada mülk almaq iddialarına cavab vermələrini istəyib. Amma heç bir cavab gəlməyib. 

Bununla belə, daha əvvəllər Peskov bu iddiaları "reallığa aidiyyatı olmayan" "cəfəngiyat", "orijinal olmayan zarafat" adlandırıb. Vladimir Putinin özü də Rusiyadan kənarda qeyri-rəsmi mülkünün olmasını həmişə inkar edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar