Putinin xəstəliyi barədə açıqlama verilib
13.03.2015 786 0
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstə olması barədə deyilənləri təkzib edib.
Məlumata görə, Amerikanın “Associated Press” agentliyinə müsahibəsində Peskov deyib ki, Rusiya prezidentinin sağlamlığı “tam qaydasındadır”.
“Onun sağlamlığı barədə heç bir narahatlıq yoxdur. Tam sağlamdır, o, əvvəlki kimi gərgin qrafiklə işləyir”, - deyə Peskov vurğulayır.
Dünya KİV-ləri bu fikrə Rusiya, Qazaxıstan və Belarus liderlərinin Astanada bu günə təyin edilmiş görüşünün təxirə salınmasından sonra düşüblər. Peskovun sözlərinə görə, görüş bu həftənin sonuna baş tutacaq.
“O hərdən kütlə qarşısına tez-tez, hərdən də gec-gec çıxır. Amma bu o demək deyil ki, o, işdən bezib”, - deyə Peskov bildirib. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər