Putinin sağ əli araşdırma mövzusu oldu (VİDEO, FOTO)
16.12.2015 906 0.0 0

Rusiya lideri Vladimir Putin dünyanın ən çox maraq göstərdiyi liderlər sırasındadır. Əvvəl qərb dövlətləri, sonra isə Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda ona, həyatına, davranışlarına olan maraq daha da artıb. 

Son zamanlar isə Rusiya prezidenti Vladimir Putinin gəzərkən sağ əlini az yelləyərək bədəninə yaxın saxlaması, sol əlini isə daim hərəkət etdirməsi araşdırma mövzusu olub.

Məlumata görə, Portuqaliya, İtaliya və Hollandiyadan bir qrup elm adamının birgə araşdırması ingilis tibb jurnalı "The BMJ"də nəşr olunub. Hollandiyadakı "Radboud Universiteti" araşdırmaçıları Putin və bəzi yüksəksəviyyəli rəsmilərin hərəkətlərini analiz edib.

 

 

 

Araşdırmaların nəticəsinə görə, Putinin gedərkən sağ əlini az yelləyərək bədəninə yaxın tutması, sol əlini isə hərəkət etdirməsi illər əvvəl Sovet kəşfiyyatı "KQB"də aldığı təlimdən irəli gəlir. Sovet dövründə "KQB" agentləri tapançalarını qoltuq hissəsində daşıyırdılar. Sağ əl isə silaha daha tez çatması üçün boş saxlanılırdı. 

Qeyd edək ki, Putinin bu cür yerişinə KİV-də geniş yer ayrılmışdı. İddia edilirdi ki, Putin parkinson xəstəsidir. Ancaq son araşdırma belə bir halın olmadığını aşkara çıxarıb. 

 


Rusiya prezidenti Vladimir Putin./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar