Rusiya prezidenti Vladimir Putinin seçki reytinqi yeni maksimum həddə çatıb. "İctimai rəy" Fondunun (FOM) məlumatına əsasən, əgər Rusiyada ən yaxın bazar günü prezident seçkiləri keçirilsəydi, seçicilər Putinə 75% səs verərdilər.
Məlumata görə, "Levada Mərkəzi"nin sosioloqları bildiriblər ki, hazırda V.Putinə rəqib yoxdur.
Tədqiqatlar göstərir ki, insanların 77%-i onun haqqında müvət fikirdədir. Hazırki dövlət başçısı ilə bağlı neqativ düşünənlər 3%, tərəddüd edənlər isə 10% təşkil edir.
FOM-un sorğusuna əsasən, indiki vəziyyətdə seçki keçirilərsə Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski 4%, Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov 3%, Ədalətli Rusiya Partiyasının lideri Serqey Mironov və "Vətəndaş Platforması"nın sabiq lideri biznesmen Mixail Proxorov 1% səs toplaya bilərlər. Respondentlərin 1%-i başqa siyasətçiyə səs verəcəklərini, 1%-i isə bülleteni korlayacaqlarına, 9% iştirakçısı isə seçkilərə getməyəcəklərini bildiriblər./anspress/