Putinin Ərdoğana qarşı Sarkisyan kartı
09.07.2015 1050 0.0 0

Rəsmi Moskva Ermənistana 200 milyon dollar güzəştli kredit ayırmasından sonra nüfuzlu TACC dövlət agentliyi və erməni kütləvi informasiya vasitələrində xəbər yayıldı ki, Rusiya Ermənistana "İsgəndər-M" operativ-taktiki raketlər, "Pantsir-C" zenit-raket kompleksi, "Tiqr" zirehli maşınları və tank əleyhinə komplekslər və digər silah növləri satacaq.

"İsgəndər-M" operativ-taktiki raketlərin isə Dağlıq Qarabağda yerləşdiriləcəyi bildirilir. Hətta Rusiya mətbuatında xəbərlər yayıldı ki, artıq Rusiya Ermənistan ordusunu silahlandırmağa başlayıb. Amma Kreml bu faktı rəsmi şəkildə təsdiqləməyib.

Məlumata görə, tərəqqiyə dəstək ABŞ-Azərbaycan Fondunun baş eksperti, hərbi tədqiqatçı Aleksey Sinitsin vesti.az-a açıqlamasında bildirib ki, Rusiya 2016-cı ildən tez "İsgəndər" raketlərini ölkə sərhədlərindən kənara göndərməyəcək.

 


Aleksey Sinitsin

 

 

"Ermənistan tərəfi həmişəki kimi şayiə yayır. Düz iki ay bundan əvvəl bütün erməni mətbuatı xəbər yaymışdı ki, Ermənistan ordusu "İsgəndər raketləri ilə təchiz ediləcək. Hətta bu, pulsuz baş verəcək. Təbii ki, bütün bunlar blef idi. Əslində isə rəsmi Moskva "İsgəndər" raketlərini Ermənistanda olan 102 saylı hərbi bazasına Türkiyəyə yerləşdirilmiş ABŞ istehsalı olan AN/TPY-2 radar sisteminə qarşı göndərmək istəyirdi. Bunu WikiLeaks-in yaydığı Səudiyyə Ərəbistanı kəşfiyyatının iyun hesabatında da deyilir. Hesabata görə, ABŞ və İsrailin İranın nüvə obyektlərini bombardman etməsi ərəfəsində Rusiya Ermənistandakı hərbi bazasını birmənalı şəkildə gücləndirməyə başlayıb. Amma hələ də Ermənistan ərazisində raket kompleksləri yerləşdirilməyib", - Aleksey Sinitsin bildirib.

"İsgəndər-M" operativ-taktiki raket

 

 

Məlumat üçün bildirək ki, NATO raketdən müdafiə çərçivəsində Türkiyənin Malatya şəhərində 5 min kilometr mənzilli AN/TPY-2 radar sistemi yerləşdirilib. Türkiyənin buna icazə verməsi isə Rusiyada da tənqidlə qarşılanmışdı.

 

Rusiyanın ehtiyat etdiyi Türkiyəyə yerləşdirilən AN/TPY-2 radar sistemi

 

 

Rusiyanın ehtiyat etdiyi Türkiyəyə yerləşdirilən AN/TPY-2 radar sistemi

Sinitsin onu da bildirib ki, Ermənistanın Rusiyadan ən müasir silahlar almaq şansı var. Amma rəsmi İrəvan bunu Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (KTMT) ilə əldə olunan razılıq çərçivəsində həyata keçirə bilər: "Moskva KTMT-də havadan müdafiə və raket əleyhinə vahid müdafiə sistemi yaratmağa çalışır. Vahid müdafiə sisteminin yaradılması barədə qəti qərar KTMT-nin ötən ilin noyabrında Yekaterinburqda keçirilən iclasında qəbul edilib. Rəhbər isə KTMT sədri Nikolay Bordyuja deyil, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov olacaq. Moskva hər vəchlə çalışır ki, vahid sistemi NATO-nun qanadlı raketləri və hərbi təyyarələrinə qarşı yaratsın. Rusiya bununla öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək. Bu konteksdə Rusiyanın Ermənistana zenit-raket komplekslərinin göndərilməsi mümkündür. Bu raketlərin istifadəsi edilməsi üçün əmr İrəvandan deyil, Moskvadan veriləcək. Bu raketlər ermənilərin dediyi kimi Qarabağa deyil, məhz Moskvanın göstərdiyi yerə yerləşdiriləcək".

 

Rusiya "İsgəndər-M" raketlərini sınaqdan keçirərkən

İyunun 26-da İrəvanda hökümətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollar kredit razılaşması imzalanmışdı. Bu isə Ermənistan mətbuatında rəsmi Moskvanın İrəvanı "İsgəndər-M" raketləri ilə təchiz edəcəyinə dair xəbərlərin yayılmasına səbəb olmuşdu.

Ruslar Qarabağa “İsgəndər” raketləri yerləşdirir

Ermənilər Qarabağa “İsgəndər” yerləşdirə bilməyəcək

Lakin daha sonra Ermənistan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verdi. Ermənistanın MN-nin mətbuat katibi Artsurun Ovannisyan bəyan etdi ki, "İsgəndər-M" raketlərinin Ermənistana göndəriləcəyi və bunların Qarabağa yerləşdiriləcəyi barədə konkret heç bir məlumat yoxdur.

 

Ermənistan MN-nin mətbuat katibi Artsurun Ovannisyan


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar