Putinin Qarabağda gizli müharibə planı – ƏMR VERİLDİ
15.11.2016 2929 0.0 0

Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqqında sərəncam verdi.

Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi müqavilənin imzalanması üçün Ermənistanla danışıqlar aparmalı və razılaşma imzalanmalıdır. Vahid Ordu Birləşmələri dinc şəraitdə Ermənistanın Baş Qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə tabe olacaq. Bu, faktiki olaraq, Rusiyanın Ermənistanda hərbi gücünü artırması və ümumilikdə bölgədə möhkəmlənməsidir. Razılaşmanın məhz indi, Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığı dövrdə gündəmə gəlməsi də diqqət çəkir.

Bildirək ki, rusiyalı hərbi ekspert Vladislav Şurıqin Rusiyanın əsas hədəfinin NATO olduğunu açıqlayıb.

“Faktiki olaraq, birləşmiş ordu mövcuddur, çünki Ermənistan ərazisində Rusiya hərbi bazası var. Lakin indi söhbət iki ölkə arasında hərbi ittifaqdan gedir. Bu, onu göstərir ki, Rusiya cənub sərhədlərində öz maraqlarını müdafiə etməyə hazırlaşır. Amma burada əsas məsələ Dağlıq Qarabağ deyil. Rusiyanın hədəfi başqadır: regionda sabitliyi saxlamaq. Bununla yanaşı, Gürcüstanın NATO-ya daxil olmağa hazırlaşması təxmin etməyə imkan verir ki, ittifaqın hərbi bazaları tezliklə bu ölkədə yaradılacaq. Fikrimcə, Rusiya və Ermənistan qoşunlarının birləşmiş ordusu lazım olanda NATO-nu bölgədə sıxışdıracaq”, - deyə ekspert vurğulayıb.

Rusiyalı politoloq Vadim Muxanov isə hesab edir ki, əsas hədəf Qarabağda müharibənin qarşısını almaqdır.

“Birləşmiş ordunun yaradılması regionda hərarəti soyudacaq və Qarabağda hərbi toqquşmaların qarşısını almağa kömək edəcək”, - deyə Muxanov bildirib./
publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar