Rusiya Suriyaya görə İranla münasibətlərinin pisləşməsindən qorxur. Məlumata görə, bu barədə "Bloomberg" informasiya agentliyində yazılıb. Mənbədən bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin Suriyadan hərbi qüvvələrin çıxarılması ilə bağlı qərarı İranla münasibətlərin soyumasına gətirib çıxara bilər.
Agentliyin məlumatına görə, İranın xarici işlər naziri Cavad Zərif Rusiyanın qərarını "müsbət işarə" adlandırıb. İranpərəst regional qəzetlər isə yazır ki, Putinin fəaliyyəti Bəşər Əsədin ordusunu təhlükə altına qoyur, eyni zamanda öz təsirini Suriyada saxlamaq istəyən İranı da öz hərbçilərini geri çağırmağa məcbur edə bilər.
Moskvada müasir İranın öyrənilməsi Mərkəzinin rəhbəri Rəcəb Səfərin sözlərinə görə, Putinin qərarı İranı çıxılmaz vəziyyətdə qoyub. İranda ehtimal edirlər ki, Rusiya Suriya hadisələrinin inkişafının "radikal" nəticəsini nəzərdən keçirir.
"Artıq Tehran üçün Bəşər Əsədsiz Suriya Suriya deyil", - deyə Səfər bildirib.
Rəcəb Səfərov - Müasir İranın öyrənilməsi mərkəzinin rəhbəri
Martın 15-də Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi hava qüvvələrinin Suriyadan çıxarılması barədə göstəriş verib. Ölkə başçısı bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib.
Rusiya sentyabrın 30-dan etibarən Suriya ərazisini bombalayır. Hava hücumları Su-24M, Su-30SM, Su-25 və Su-34 daxil olmaqla aviaqrup tərkibində 50 təyyarə və helikopter var./anspress/