Putinin nümayəndəsi: `Rusiya sübut edə bilər ki...`
05.05.2017 1088 0.0 0

“Rusiyada Xan-Şeyxundakı hadisələrin təxribat olduğuna dair təkzibedilməz sübutlar var”.

"RİA-Novosti” agentliyinə isinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib.

“Bu, Suriya torpaqlarında sülhün əldə olunmasında maraqlı olmayan şəxslər və strukturların təxribatıdır. Amma, təəssüf ki, izahatlar, dəlillər və sübutları təqdim etmək üçün göstərdiyimiz bütün cəhdlərimiz Qərb tərəfindən anlayışla qarşılanmır”, - Lavrentev jurnalistlərə söyləyib.

O əlavə edib ki, Rusiya tərəfi Qərb ölkələrini Suriya hökuməti ilə bağlı öz mövqeyini dəyişdirməyə inandırmaq üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, aprelin 4-də İdlib vilayətində kimyəvi silah hücumunda 80 nəfər ölüb, 400-dən çoxu zəhərlənib. Buna cavab olaraq ABŞ aprelin 7-də Suriya ordusuna məxsus Şayrat aviabazasını bombalayıb.

Müxalifət gücləri, həmçinin Türkiyə və Qərb kimyəvi hücumun Suriya ordusu tərəfindən həyata keçirildiyini bildirsələr də, Dəməşq ittihamları qəbul etmir. Rusiya isə hadisənin dəqiq araşdırılmasını tələb edir.

Dünən isə “RİA-Novosti” agentliyinə hərbi-diplomatik mənbə bildirib ki, Suriyada ordu qüvvələri tərəfindən dinc əhaliyə qarşı kimyəvi silahın tətbiqi üzrə səhnə çəkilişləri aparılıb. Onun sözlərinə görə, sifarişçi və çəkilişlərin sponsoru Avropadadır./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar