Putinin namizədliyi qeydə alınıb
06.02.2018 752 0.0 0

Rusiya Mərkəzi Seçki Komissiyası mart ayında keçiriləcək prezident seçkiləri üçün ölkənin fəaliyyətdə olan Prezidenti Vladimir Putinin namizədliyini bu gün qeydə alıb.

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.

Həmçinin fevralın 8-də Kseniya Sobçak ("Vətəndaş təşəbbüsü") və Maksim Suraykin ("Rusiya kommunistləri") də prezidentliyə namizəd kimi qeydə alınacaqlar.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-da keçiriləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar