Putinin keçmiş həyat yoldaşı ərə getdi (FOTO)
26.01.2016 737 0.0 0

Rusiya prezidenti Vladimir Putinin eks-həyat yoldaşı Lyudmila Putin yenidən ailə həyatı qurub.

Məlumata görə, 58 yaşlı Lyudmila Putinin həyat yoldaşı 37 yaşlı Artur Oçeretnoy olub. Bu barədə Korrupsiya ilə Mübarizə Fondunun “Sobesednik” jurnalında məlumat verilib. Lyudmilanın əri Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə rəhbərlik edir.

Fondun himayədarı da elə Rusiyanın eks-birinci ledisidir. Məlumata görə, 2015-ci ildə Lyudmila soyadını dəyişərək Oçeretnoy edib.

 


Artur Oçeretnoy 

 

2013-cü ildə Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina boşandıqlarını rəsmən təsdiqləyiblər. Rusiya prezidenti həyat yoldaşı ilə birlikdə Kreml sarayında “Esmeralda” baletinə tamaşa ediblər.

Onlar baletdən sonra “Rossiya 24” telekanalına müsahibə veriblər. Boşanma ilə bağlı suala Lyudmila Putina belə cavab verib: “Bəli, demək olar ki, bu, sivil boşanmadır”.

Vladimir Putin isə deyib ki, boşanma qərarını Lyudmila Putina ilə birgə qəbul ediblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar