Putinin adamı Qarabağ PLANINI AÇDI: 2018-ci ildə 3 ölkə...
10.01.2018 1997 4.0 0

“2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək”.

Bildirək ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.

Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayıra bilməyəcək.

“Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl “Kazan düsturu”nu reallaşdırmaq mümkündür”, - deyə o bildirib.

Markov Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etmir: “Ermənistanın parlament üsul-idarəsinə keçidi Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq. Böyük ehtimalla Sarkisyan baş nazir olacaq və hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə Qarabağda gərginlik yarada biləcəyi istisna deyil. Bütövlükdə vəziyyət gözlənilməz məcrada inkişaf edə bilər. Digər tərəfdən, Ermənistanda rəhbərlik dəyişsə belə Qarabağla bağlı ictimai rəyə hesablanmış sərt ritorika davam edəcək”.

Rusiyalı politoloq Azərbaycanda seçkilərin sakit keçəcəyini düşünür.

“Əsas lider İlham Əliyevdir. O, ölkədə məşhurdur və xalq tərəfindən dəstəklənir. Həmçinin, müxalifət də zəifdir. Təbii ki, Azərbaycanda da seçkiqabağı kampaniyada Qarabağ məsələsinə toxunulacaq. Lakin Azərbaycan hakimiyyəti üçün bu məsələ həmişə əsas gündəm olub”, - deyə o bildirib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar