Putindən tarixi açıqlama
18.04.2015 833 0.0 0

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranı ilə əlaqədar getdikcə artan "soyuq müharibə"ni yumşalda biləcək açıqlama verib.

Məlumata görə, "Rossiya" dövlət kanalına müsahibə verən Putin bildirib ki, Rusiya və ABŞ-ın ortaq maraqları var və bu maraqlar çərçivəsində rəsmi Moskva Vaşinqtonla birlikdə çalışmağa hazırdır.

"Beynəlxalq aləmdə baş verənlərə nəzər yetirin. Həqiqətən iki ölkə arasında bir çox anlaşılmazlıqlar mövcuddur. Lakin bununla yanaşı bizi birləşdirən ortaq maraqlar da var. Bu maraqlar da Moskva ilə Vaşinqtonu birlikdə çalışmağa məcbur edir", - deyə Vladimir Putin bildirib.

Qeyd edək ki, Ukrayna böhranı ilə əlaqədar Rusiya və ABŞ arasındakı münasibətlərdə soyuqluq yaranıb və bu soyuqluq getdikcə artmaqdadır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar