Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
29.11.2016 879 0
Yaxın Şərqdə sülhün təmin edilməsinin yeganə yolu 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasıdır.
Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.
Türk lider Fələstin torpaqlarının geri qaytarılması üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıb:
“1948-ci ildən bəri fələstinli qardaşlarımıza qarşı ayrıseçkilik siyasəti təəssüflər olsun ki, artmaqda davam edir. Bizim istəyirik ki, fələstinlilərə aid torpaqların geri verilməsi üçün dərhal müvafiq tədbirlər görülsün. Hər zaman Fələstinin yanında olacağıq”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər