Prezident İlham Əliyevin gələn ay Rusiyaya səfəri gözlənilir.
Məlumata görə, İlham Əliyev Qurban Bayramı ərəfəsində Moskvada Avropanın ən böyük məscidinin açılışına dəvət edilib.
Bildirilir ki, sentyabrın 23-də baş tutacaq məscidin açılışında Rusiya prezidenti Vladimir Putin, dünyanın dini liderləri, müsəlman ölkələrin prezidentləri iştirak edəcək.
Belə ki, Avropanın ən böyük məscidinin açılışına Azərbaycan, Türkiyə, Fələstin, İordaniya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan prezidentləri dəvət edilib.
Bundan başqa açılışda yüksək səviyyəli nümayəndə heyətləri də iştirak edəcək. Artıq Türkiyə, Çad, Sudan, Hindistan, ABŞ, Liviya və İraq nümayəndə heyətləri Moskvaya gələcəklərini bəyan ediblər.
Məsciddə son tamamlanma işləri aparılır
Böyük məscidin arxitekturasında türk rəssamlar iştirak ediblər. Burada qadın və kişilər üçün dua etməkdən ötrü ayrıca yerlər, konfrans zalları mövcuddur.
Məscid müasir üslübda tikilsə də islam memarlığına riayət olunub./anspress/