Putindən dəstək: Fələstin dövləti qurulsun
29.11.2016 786 0
Rəsmi Moskva İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini daim qoruyur.
Bildirək ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin fələstinli həmkarı Mahmud Abbasa göndərdiyi məktubda deyilib.
Kremlin yaydığı məlumata görə, təbrik məktubunda Rusiya ilə Fələstin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin olduğu bildirilib:
“Rusiya münaqişənin ədalətli həlli yolunun tərəfdarıdır. Biz 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan İsrail dövlətinin qurulmasının tərəfdarıyıq”.
Qeyd edək ki, Putin Abbas və Netanyahuya sentyabrında 9-da rəsmi görüş təklif etmişdi. Lakin görüş müəyyən səbəblərə görə baş tutmamışdı./Axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər