Putindən Avropaya sərt cavab: 1 il uzadıldı
24.06.2015 823 0.0 0

Rusiya prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrdən ərzaq məhsuları gətirilməsinə qoyulmuş embarqonu 1 il uzadıb.

Məlumata görə, bunu Putin hökumət üzvləri ilə görüşdə bildirib. Embarqonun uzadılması ilə bağlı qərar iyunun 24-dən qüvvəyə minib.

ABŞ, Avropa Birliyi və bir sıra ölkələr Moskvanın ötən il Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Öz növbəsində Rusiya buna cavab olaraq bu ölkələrdən ərzaq məhsulları gətirilməsini qadağan edib.

Qərb Moskvanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar