Rusiya Prezidenti Valdimir Putin Ümumdünya Antidopinq Agentliyinin (WADA) rusiyalı idmançılar barədə qəbul etdiyi qərara münasibət bildirib.
Bildirək ki, V.Putin “Normandiya dördlüyü”nün görüşündən sonra Parisdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, qərarı təhlil etmək lazımdır.
“Məsələn, Rusiya Olimpiya Milli Komitəsi ilə bağlı heç bir şikayət yoxdur. Ona qarşı heç bir şikayət yoxdursa, o zaman ölkə öz dövlət bayrağı altında çıxış edə bilər. Olimpiya Xartiyasında belə yazılıb. Əlimizdə bütün əsaslar var ki, bu qərardan məhkəməyə şikayət edək. Hər hansı bir cəza bu və ya digər şəxsə tətbiq edilməli və əsaslandırılmalıdır. Cəzalar kollektiv xarakter daşıya bilməz, müəyyən pozuntularla əlaqəsi olmayan insanlara şamil olunmamalıdır və hamı bunu başa düşür ”.
Onun fikrincə, qərar siyasi xarakter daşıyır və olimpiya hərəkatının maraqları ilə ümumi əlaqəsi yoxdur./Report/