Putin və Makron Belarus və Donbassı müzakirə ediblər
16.11.2021 280 0.0 0

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron telefon danışıqları aparıb.

Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, Rusiya lideri problemlərin birbaşa Belarus rəhbərliyi ilə Aİ ölkələri arasında müzakirəsinin aparılmasının çox önəmli olduğunu vurğulayıb.

Putin və Makron etiraf edib ki, Ukrayna böhranının həllində irəliləyiş yoxdur.

Dövlət başçıları həmçinin Qarabağdakı vəziyyəti və Fransa prezidentinin təşəbbüsü ilə Malidəki vəziyyəti müzakirə ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar