Putin Türkiyəyə qarşı yeni sanksiya SƏRƏNCAMI imzaladı
28.12.2015 571 0
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı 2015-ci il noyabrın 28-də qüvvəyə minən xüsusi iqtisadi sanksiyalar haqda sərəncamına dəyişkilik edib.
Rusiya KİV-nə istinadən verilən xəbərə görə, dəyişiklik 583 saylı “Rusiyanın milli təhlükəsizliyinin qorunması və Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiq olunması” haqda fərmana edilib.
Xüsusi sanksiyalar əvvəllər Türkiyənin yurisdiksiyası altında olan şirkətlərə şamil edilirdisə, yeni qanunla Türkiyə vətəndaşının sahib olduğu bütün şirkətlər Rusiya ərazisində fəaliyyət göstərə bilməz.
Sərəncam Türkiyəyə qarşı iqtisadi sanksiyaların siyahısını genişləndirir. /modern.az
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər