Putin Türkiyə qadağasını ləğv etdi
29.06.2016 1027 0.0 0

Rusiya prezidenti Vladimir Putin ölkəsinin sakinlərinin Türkiyəyə turist səfərləri ilə bağlı qadağasını ləğv edir. Məlumata görə, bu gün Rusiya və Türkiyə prezidentləri arasında 7 aydan sonra baş tutan telefon danışığından sonra V.Putin rusiyalı turistlərin gedişinə qoyulmuş inzibati məhdudiyyətin aradan qaldırılması barədə göstəriş verib. 

Məlumata görə, Rusiya lideri hökumətə türk tərəfi ticari-iqtisadi və digər sahələrlə qarşılıqlı əlaqələrin bərpası istiqamətində danışıqlara başlamağı da tapşırıb.

Kremlin yaydığı məlumatda bildirilir ki, Türkiyə tərəfi də Rusiya vətəndaşlaının təhlükəsizliyinin təminatı üçün əlavə addımlar atmalıdır. 

Türkiyə-Rusiya arasında münasibətlər ötən ilin noyabr ayında Suriya ilə sərhəddə "Su-24" qırıısının vurulmasından sonra pisləşmişdi. Türkiyənin hava məkanını pozduğu üçün vurduğunu dediyi təyyarə insidentindən sonra Rusiya bir sıra iqtisadi sanksiyalar tədbiq edib. Putin bunu "arxadan vurulan zərbə" adlandırıb. 

Rusiya vətəndaşlarına Türkiyəyə getməmək barədə çağırış edilib, eləcə də birtərəfli qaydada viza rejimini bərpa etmişdi. 

Bir neçə gün öncə Ərdoğan rusiyalı həmkarına məktub göndərib və noyabrda baş verən hadisəyə görə üzürxahlıq edib. Bundan sonra iki ölkə arasında soyuyan münasibətlərdə irəli doğru daha bir addım atılıb. Bu gün Putin və Ərdoğan arasında telefon danışığı baş tutub. Prezidentlər qısa zamanda üz-üzə görüş barədə razılığıa gəliblər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar