Putin: «Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik»
15.05.2017 697 0.0 0

“Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mayın 15-də Çində keçirilən “Bir qütb, bir yol” forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rusiya lideri terrorçu PKK-nın Suriyadakı qolu YPG ilə əməkdaşlığı davam etdimələrində Türkiyənin narahatlığına səbəb görmədiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN bir müddət əvvəl terrorçu PKK-nı da terroçu saymadığını bəyan edib. Bu il mayın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı Rusiya hərbçilərinin terrorçu PYD silahlıları ilə çəkdirdikləri fotoları Vladimir Putinə təqdim edib. Rusiya lideri Ərdoğana bildirib ki, rusiyalı hərbçilər belə bir prosesdə iştirak edə bilməzlər: “Biz qəti olaraq, PYD və PKK-ya silah vermərik. Ancaq bu fotoları araşdıracağam”. Həmin vaxt Vladimir Putin Suriyada kürd dövlətinin yaradılmasını müsbət qarşılamadığını da söyləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar