Rusiya hərbi-hava qüvvələri bu gün Suriyada ilk avizərbəsini endirib.
Məlumata görə, rus hərbi aviasiyası ilk hücumunu Homs şəhərinin yaxınlığında həyata keçirib.
Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib. İvanov vurğulayıb ki, söhbət hərbi hava güclərinin əməliyyatlarından gedir.
Prezidentinin administrasiyasının rəhbəri Sergey İvanov
Səsvermə qapalı şəkildə həyata keçirilib. Konstitusiyaya görə, Rusiya hərbi hava qüvvələrinin ölkənin xaricində istifadə olunması yuxarı palatanın səlahiyyətlərinə daxildir. Lakin bunu yalnız ölkə prezidenti daxil edə bilər.
Rusiya Federasiya Şurası 2014-cü ilin mart ayında səs çoxluğu ilə prezidentə müraciət etmək edərək Ukrayna ərazisində Rusiya hərbi hava qüvvələrindən istifadə etmək üçün icazə verib. Nəticədə, Rusiya Krımı zəbt edib. Keçən ilin yayında Federasiya Şurası ölkədən kənarda Rusiya hərbi aviasiyasından istifadə edilməsinə verilən icazəni dayandırıb.
Bütün bunlar Qərbi çox narahat edib. Qərbin narahatçılığı Rusiyanın Suriyada olan hərbi iştrakı ilə bağlı son aylarda aparılan danışıqlarda özünü daha açıq biruzə verib. Sentyabrın ortalarında Amerika hərbçiləri bildirmişdilər ki, Rusiya Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhəri yaxınlığında hərbi təyyarə bazasını təchiz edir.
Suriyanın Lakatiya şəhəri
ABŞ öz mövqeyini Nyu Yorkda sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan danışıqlar zamanı bir daha nümayiş etdirmişdi. Obama Rusiyanın Suriyada yerüstü əməliyyatlar keçirmək istəyini rədd etmişdi./anspress/