Putin Stalinin abidəsi önündə Qərbə meydan oxudu
07.03.2016 1023 0.0 0

SSRİ-nin keçmiş rəhbərlərindən olmuş İosif Vissarionoviç Stalinin vəfatının 63-cü ildönümü münasibətilə Rusiyada diktatorun xatirəsinə monument inşa edilib.
 
Bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev, habelə digər rəsmi şəxslər diktatorun anım günü ilə əlaqədar inşa edilmiş abidəni ziyarət edərək monumentin önünə əklil qoyublar.
 
Ölkə mətbuatı prezidentin bu addımını siyasi çalarlarla şərh edib: “Rusiya Federasiyasının rəhbərliyi Stalinin Moskvada təcili açılmış yeni monumentinə güllər qoymaqla cəsarətli hərəkət etdi. Putin bununla Qərbə və ABŞ-a onlara qarşı sona kimi mübarizə aparacağını göstərdi. Rusiya yeni sənayeləşdirmə prosesinə hazırdır”./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar