ABŞ Ağ evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, Rusiya prezidenti Vladimir Putin “soyuq müharibə” mentalitetini yayır.
Məlumata görə, bu barədə xəbəri "Ria Novosti" yayıb.
“Elələri var ki, buna əsasən prezident Putini aid etmək olar. Onlar elə bil “soyuq müharibə” mentalitetini yenidən işə salaraq yaymaq istəyirlər”- deyə Ernest Bavariyada keçirilən G? sammitində bildirib.
Onun sözlərinə görə “soyuq müharibə” Birləşmiş Ştatlar və ya yeddiliyin digər üzvləri üçün perspektiv deyil.
Lakin Ernest bunu da əlavə edib ki, ortada olan narazılıqlara baxmayaraq Vaşinqton Moskva ilə xüsusən də təhlükəsizlik məsələlərində əməkdaşlıq etməyə hazıırdır. Onun sözlərinə görə Suriyada kimyəvi silahların məhvi və İran nüvə problemində Moskvanın rolu əvəzolunmazdır.
Qeyd edək ki, dünən Bavariyada start götürən G7 sammitinin əsas mövzusu Ukrayna münaqişəsi və separatçılara dəstək verməyin qarşısını almaq niyyəti ilə Rusiyaya təzyiqlərin artırılması yönündə olub./anspress/