Putin son hücum əmri verib – NATO qorxuda
31.10.2016 2142 0.0 0

Rusiyanın Suriyaya göndərdiyi “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinə “Kalibr” müasir qanadlı raketləri ilə təchiz olunmuş 3 sualtı qayıq da qoşulub.

 

Qazeta.info Axar.az-a itinadla xəbər verir ki, bu barədə “Sunday Times” qəzeti yazıb. Qəzet yazır ki, bu məlumat NATO rəhbərliyini qorxuya salıb. Onların fikrincə, Putin Hələbə həlledici hücumun edilməsilə bağlı əmr verib.

 

Britaniya Hərbi Dəniz Qüvvələri atom sualtı qayığı “Şuka-B” və “Paltus” sualtı qayığını izləyə bilib. Adının çəkilməsini istəməyən britaniyalı yüksək çinli məmur qəzetə bildirib: “Biz bilirik ki, Putin qarşımızda güc nümayiş etdirir. Bu isə belə anlama gəlir: “Baxın, mən gör nə qədər uzağa gedirəm, amma siz cavab verə bilmirsiz”.

 

“Russia Today” isə xəbər verir ki, hazırda təyyarədaşıyan gəmi və onu müşayiət edən qrup Şimali Afrika sahillərində gözləmə rejimindədirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar