Putinə savaş mesajı
22.04.2015 771 0.0 0

Türkiyədə təşkil olunacaq NATO üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin Sammitində Ukraynanın cənub-şərqində baş verən münaqişədə Rusiyanın iştirakı əsas müzakirə mövzusu olacaq. 

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

O, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşdə deyib ki, NATO-nun bu sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələsi prioritet təşkil edəcək, həmçinin bu təhdidə və təhlükəyə qarşı cavab üsullarına baxılacaq. Rusiyaya hərb yolu ilə cavab verilə bilər. Əminəm ki, ekstremistlər NATO-un cənub üzrə genişlənməsinə mane ola bilməyəcəklər. 

Xatırladaq ki, NATO üzv ölkələrinin XİN başçılarının sammiti bu il mayın 13-14-də Antalyada keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar