Putin : «Sağ-salamat təqaüdə çıxmağı özümə arzu edirəm»
28.10.2016 793 0
Rusiya Federasiyasının prezidenti Vladimir Putin hesab edir ki, onun hələ təqaüdə çıxmaq yaşı çatmayıb.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı beynəlxalq diskussiya klubu "Valday"ın iclasındakı çıxışında bildirib
"Hörmətli moderator mənə təqaüdə sağ-salamat çıxmağı arzuladı, mən həmçinin bunu özümə arzu edirəm. Lakin nə vaxt ki, zaman gələcək onda təqaüdə çıxacam. Bu çox düzgündür və onu etmək lazımdır.
Amma mən hələ ki təqaüd yaşımda deyiləm. Böyük dövlətin hakimiyyətdə olan rəhbəri təmkinli olmalı, öz ifadələrində təcavüzkarlıq nümayiş etdirməməlidir" – deyə Putin qeyd edib.
Putinin sözlərinə görə, təcavüzkarlıq onun stili deyil.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər