Putin sərt bəyanat verdi
27.03.2015 853 0.0 0

"Rusiya Qərblə siyasi qarşıdurmadan qalib ayrılacaq. Qələbənin əsas şərti isə, hökumətin öz mövqeyində möhkəm durmasıdır".

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvaya qarşı tədbiq olunan sanksiyalara münasibətində bu cür bəyanat səsələndirib.

Putin qeyd edib ki, Rusiya ətrafında vəziyyət tezliklə yaxşıya doğru dəyişəcək. Onun sözlərinə görə, yaxşıya doğru dəyişiklik, Rusiya güzəştə gedəcəyi üçün deyil, daha da güclənəcəyi üçün baş verəcək.

“Biz həmişə xaricdən və daxildən ölkənin milli təhlükəsizliyinə qarşı risk təşkil edən hədələrə cavab vermişik. Hazırkı vəziyyət həmişəlik bu cür qala bilməz. Onlar Rusiyanın qarşısını almaq üçün hər cür vasitədən istifadə edirlər. Rusiyanı iqtisadi təzyiqlərə məruz qoyur, bizi siyasi arenadan təcrid edir, irimiqyaslı informasiya müharibəsi aparırlar”, - deyə Putin bildirib.

Amerika Birləşmiş Ştatları və Avropa Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına qərar veriblər./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar