Putin Əsədə istefaya getməyi təklif edib-«Financial Times»
22.01.2016 557 0
"Vladimir Putin yanvarın əvvəlində Bəşər Əsəddən istefaya getməsini xahiş edib. Lakin Suriya rəhbəri qəzəbli şəkildə bu təklifi rədd edib".
Xəbərə görə, bu sensasiyalı məlumatı Britaniyanın nüfuzlu "Financial Times" qəzeti yayıb.
Qəzet Qərb kəşfiyyat orqanlarındakı mənbəyə istinadən yazıb ki, V. Putinin təklifini B. Əsədə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri, bu yaxınlarda vəfat etdiyi açıqlanan İqor Serqun çatdırıb. Səfərin İ. Serqunun ölümündən bir neçə həftə əvvəl gerçəkləşdiyi bildirilir. B. Əsəd təklifə qəzəblənib və qəbul etrməyəcəyini deyib.
Xatırladaq ki, İ. Serqunun vəfatı barədə Kreml yanvarın 4-də məlumat yayıb.
Sosial səhifələrdə paylaş./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər