Putin Rusiya iqtisadiyyatının sabitləşməkdə olduğunu bəyan edib
01.12.2016 904 0.0 0

"Rusiyada əhalinin artımı davam edir".

 

Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.

 

O deyib ki, Rusiyada əhalinin artımının səviyyəsi Avropa ölkələrinin əksəriyyətindən yüksəkdir.

 

Rusiya prezidenti ölkə iqtisadiyyatının sabitləşməkdə olduğunu də söyləyib: "Lakin bu sabitlik o demək deyil ki, iqtisadiyyatımız dayanıqlı yüksəlişə keçib. Sabitlik və inkişaf iqtisadiyyatın ayrı-ayrı sahələrinə müşahidə olunur. Biz iqtisadiyyatımızın baza problemlərini həll etməsək, o zaman iqtisadi artım yenə sıfırın ətrafında olacaq".

 

Rusiyaya qarşı Qərbin sanksiyalarından danışan V. Putin bildirib ki, bu sanksiyalar və onlara qarşı tədbirlər Rusiya kənd təsərrüfatının inkişafına kömək edib: "Lakin bu hal hər zaman davam etməyəcək. İstehlakçılara bazarda rəqabət mühiti lazımdır. Ona görə də bu gün yaranan əlverişli vəziyyətdən tam həcmdə istifadə etmək lazımdır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar